Litvada saxta əməliyyatlar nəticəsində 40 milyon avronu mənimsəmiş beynəlxalq cinayətkar qrupun üzvləri saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında Maliyyə Cinayətlərinin İstintaq Xidməti məlumat yayıb.
Qeyd olunur ki, iki nəfər saxlanılıb. Fırıldaqçılar doqquz saxta şirkət yaradaraq, onlardan istifadə edərək Aİ ölkələrinin büdcəsindən 40 milyon avro əlavə dəyər vergisi oğurlayıblar.
Ən böyük zərər Almaniya, İtaliya, İspaniya, Hollandiya və Fransanın dövlət maliyyəsinə dəyib. Litvaya dəyən zərər hesablanır.
Ümumilikdə, hesabata görə, cinayət sxemi Litva, Latviya və Estoniyadan birlikdə işləyən cinayətkarlara təxminən 300 milyon avro qazandırıb.