Cənubi Koreya Müdafiə Nazirliyindən Rusiya hərbi attaşesinə etiraz

13:38 - 29 Noyabr 2024 - DÜNYA

Koreya Respublikasının Müdafiə Nazirliyi Rusiya hərbi, hava və dəniz attaşesi Nikolay Marçenkoya Seulun birtərəfli qaydada yaratdığı hava hücumundan müdafiə identifikasiyası zonasında Rusiya təyyarəsinin uçuşu ilə bağlı etiraz edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Koreya departamenti məlumat yayıb.

Məlumata görə, Çin və Rusiya təyyarələrinin bu günkü uçuşları ilə əlaqədar yüksək rütbəli müdafiə kommunikasiyaları rəsmisi Çin və Rusiya hərbi attaşelərinə ciddi etirazını çatdırıb və belə hadisələrin təkrarlanmaması üçün səy göstərməyə çağırıb.

O, Rusiya və Çin təyyarələrinin xəbərdarlıq etmədən əraziyə daxil olmasından təəssüfləndiyini bildirib. 
Qeyd edək ki, Seul altı Rusiya və beş Çin hərbi təyyarəsinin onların tanınma zonasına daxil olduğunu bildirmişdi.

Xəbər xətti