Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb (YENİLƏNİB)

12:10 - 29 Noyabr 2024 - HADİSƏ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Yevlax şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DYP-dən Ucnoqta.az-a verilən məlumata görə, bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

11:53

Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.///apa

Xəbər xətti