İndoneziyada 30 yaşlı kişi pitonun hücumuna məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Hadisə Şimali Luvu bölgəsində baş verib. Yerli fermer qəhvəyi şəkər hazırlamaq üçün şirə yığarkən pitonun hücumuna məruz qalıb. Onun axtarışına çıxan qohumları pitonu tapıblar. Onlar pitonun qarnını kəsib onu oradan çıxarsalar da xilas edə bilməyiblər.
Qeyd olunur ki, bu ərazidə hamı ilanların əhali üçün təhlükə yaratdığını bilir.
İndoneziyada ilanlar tez-tez insanlara hücum edir. Belə ki, ilin əvvəlində 57 yaşlı qadınilanın hücumuna məruz qalmışdı.