Xəzərdə zəlzələ olub

16:54 - 28 Noyabr 2024 - Xəbər

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Ucnoqta.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, yerli vaxtla saat 16:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,6-ya bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.

Xəbər xətti