Genişmiqyaslı müharibəyə hazırıq - İran XİN rəhbəri

10:45 - 28 Noyabr 2024 - DÜNYA

İran İsraillə birbaşa toqquşmaya can atmır, lakin İslam Respublikasını genişmiqyaslı müharibəyə cəlb etmək üçün yəhudi dövlətinin bütün təhdidlərinə cavab verməyə hazır olacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Portuqaliyanın Kaşkays şəhərində BMT-nin Sivilizasiyalar Alyansı forumundan sonra İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Biz müharibəyə, hətta genişmiqyaslı müharibəyə də hazırıq, lakin biz bunu istəmirik. İsraillilər müharibə yolunu seçsələr, biz buna tam hazır olacağıq” - Əraqçi qeyd edib.

İran diplomatiyasının rəhbəri vurğulayıb ki, Yaxın Şərqdəki münaqişələrin həllinə görə məsuliyyət ilk növbədə ABŞ-ın üzərinə düşür.
“İsraillilərin bölgədə törətdikləri vəhşiliklərə, eləcə də Livanda və başqa yerlərdə törətdikləri qırğınlara son qoymaq üçün istənilən səy alqışlanmalıdır. Düşünürəm ki, İsrail bütün regionu genişmiqyaslı müharibəyə sürükləməyə çalışır” ”, - deyə Əraqçi bildirib.

Xəbər xətti