Kolumbiya kokain müsadirəsinə görə dünya rekordu vurub

07:51 - 28 Noyabr 2024 - DÜNYA

Kolumbiyanın hüquq-mühafizə orqanları onlarla başqa ölkə ilə əməkdaşlıq edərək altı həftə ərzində 225 ton kokain müsadirə ediblər ki, bu da narkotiklərlə mübarizə üzrə dünya rekordudur.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian yazır.

Altı həftəlik “Orion” əməliyyatı zamanı Kolumbiyanın hüquq-mühafizə orqanları və onların 62 ölkədən olan həmkarları kokain daşıyan 6 dəniz gəmisini dayandırıb və ümumilikdə 1400 ton narkotik vasitə, o cümlədən 1000 tondan çox marixuana və 225 tonu kokain müsadirə edib.

Qadağan olunmuş yükün bir hissəsi Avstraliyaya yeni narkotik ticarəti marşrutu ilə gedən sualtı qayıqda tapılıb.

Narkotiklərə qarşı mübarizə tədbirləri zamanı qanunsuz silah-sursat gətirilməsinin qarşısı alınıb, miqrant alverçiləri saxlanılıb.

Ümumilikdə 400-dən çox adam həbs edilib.

Xəbər xətti