Uruqvaylı hücumçu Luis Suares "İnter Mayami" ilə yeni müqavilə imzalayıb.
Ucnoqta.az xəbər verir ki, 37 yaşlı hücumçu ilə müqavilə 2025-ci il mövsümünün sonuna kimi qüvvədə olacaq.
Suares ötən ilin dekabrında "İnter Mayami"yə keçib. Komandanın heyətində 37 matçda 25 qol vurub, 12 məhsuldar ötürmə edib.
137 oyunda 68 qolla Uruqvay millisinin bütün zamanların ən yaxşı bombardiri olan Suares "İnter Mayami"də səkkiz dəfə “Qızıl top”un sahibi Lionel Messi, Serxio Buskets və “Barselona”da birlikdə oynadığı Jordi Alba ilə oynayır.