ABŞ kabinet nazirləri, hökumət rəsmiləri və kəşfiyyat məmurları da daxil olmaqla daha 21 Venesuela rəsmisinə qarşı sanksiya tətbiq edir.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlər üçün Vaşinqton və Karakas münasibətlərinə həsr olunmuş xüsusi onlayn brifinqdə çıxış edən Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.
Qeyd olunur ki, Xəzinədarlıq Departamenti Nikolas Maduro ilə əlaqəli 21 təhlükəsizlik və hökumət rəsmisinə qarşı sanksiya tətbiq edəcək.
Amerika Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar “seçki prosesini pozmaqda və repressiyalarda” iştirak edirlər.