ABŞ və İsrail Misir, Qətər və Türkiyənin təmsil etdiyi vasitəçilərlə birlikdə yaxın günlərdə Qəzza zolağında atəşkəsə nail olmağa cəhd etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerika prezidenti Co Bayden bildirib.
"Yaxın günlərdə Birləşmiş Ştatlar Türkiyə, Misir, Qətər, İsrail və digər ölkələr ilə birlikdə girovların azad edilməsi ilə yanaşı Qəzzada atəşkəsə nail olmaq üçün daha bir cəhd edəcək" - deyə X-də yazıb.
Dövlət başçısı əlavə edib ki, Vaşinqton Fələstin anklavında radikal HƏMAS hərəkatını hakimiyyətdən kənarlaşdırmaqla “müharibəyə son qoymaq” niyyətindədir.