Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olduğu güman edilən 6 nəfər terrorla mübarizə üzrə aparılan istintaq çərçivəsində Londonda saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.
Bildirilib ki, 59 və 31 yaşlarında iki qadın və 27 ilə 62 arasında olan dörd kişi çərşənbə günü Britaniya paytaxtının müxtəlif ünvanlarında 2000-ci il Terrorizm Aktı çərçivəsində saxlanılıb.
Onlar hazırda London polis idarələrindən birindədirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları 8 ünvanda axtarış aparır.