Keçmiş vəkil Elman Paşayev xüsusilə böyük miqyasda dələduzluqda təqsirli olduğunu etiraf etmir.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs həbs müddətinin uzadılması ilə bağlı verdiyi apelyasiya şikayətinə baxıldığı İkinci Qərb Rayon Hərbi Məhkəməsində “Mən təqsiri etiraf etmirəm” deyib.
Paşayev hesab edir ki, ona qarşı cinayət işi zərərçəkən kimi tanınan bloger Aleksey Blinovskinin müraciəti əsasında başlanıb.
Keçmiş vəkilin sözlərinə görə, şəxsi əmanətlərini ordunun ehtiyacları üçün bağışlaması onun təqsirsizliyini təsdiqləyir.
“Rublyovkadakı şəxsi evimi, yaxtamı, avtomobilimi və oğlumun evini satmışam, həmçinin şəxsi qənaətimdən 80 milyon rublu humanitar yardıma xərcləmişəm”, - Paşayev qeyd edib.
"Ancaq bu reklam deyil, mənim üçün şərəfdir."