MİT PKK/KCK-nın İraqdakı kəşfiyyat liderini zərərsizləşdirib

12:23 - 27 Noyabr 2024 - DÜNYA

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar bölgəsində keçirdiyi əməliyyatla terror təşkilatı PKK/KCK-nın sözdə liderlərindən olan "Hevi" kod adlı Sadiyə Məhəmməd Əhmədi zərərsizləşdirib.

Ucnoqta.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, 2001-ci ildən Suriya və İraqda terror fəaliyyətləri həyata keçirən Əhmədin təşkilatın kəşfiyyat strukturuna cavabdeh olduğu müəyyən edilib.

MİT-in hədəf siyahısına daxil edilən və anında təqib edilən terrorçu Sadiyə Məhəmməd Əhməd Sincarda keçirilən nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Xəbər xətti