"Vətəndaşların soyuducularını yoxlamasınlar ..." - Deputat

11:58 - 27 Noyabr 2024 - Cəmiyyət

“Ünvanlı sosial yardımın verilməsi ilə bağlı yoxlamalar aparılan zaman açıb vətəndaşların soyuducularını yoxlamasınlar, qazanlarının içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar”.

Ucnoqta.az xəbər verir ki, bunu deputat Razi Nurullayev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edərək bu kimi halların qarşısının alınmasını təklif edib:

“Həmin ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə un, kartof və s. Bu, onların ünvanlı sosial yardım almasına mane olmamalıdır. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir, amma bu tip məsələlər insan ləyaqətini alçaldır. Son məqsəd nədir? Ehtiyacı olana ünvanlı sosial yardımın verilməsi”.///Bizim.Media

Xəbər xətti