Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkə prezidenti postuna deputat və keçmiş futbolçu Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə partiyanın mərkəzi ofisində keçirdiyi brifinqdə “Gürcü Arzusu”nun qurucusu Bidzina İvanişvili deyib:
“Mən şadam ki, partiyanın siyasi şurasının qərarına əsasən, Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini irəli sürürəm.