Noyabrın bütün sosial ödənişlərin verilməsi yekunlaşdı

18:29 - 26 Noyabr 2024 - Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini də yekunlaşdırıb.

Bu barədə Ucnoqta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 23-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Beləliklə, noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi prosesi yekunlaşıb.

Xəbər xətti