Türkiyə və Rusiya milli valyutalarla ticarəti davam etdirir və eyni şəkildə qazın ödənilməsinə heç bir maneə yoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Ankaradakı bank konsaltinqi sahəsindəki mənbə ABŞ-ın “Qazprombank”a qarşı sanksiyaları ilə bağlı vəziyyəti şərh etmək xahişinə cavab olaraq bildirib.
"Türkiyə ilə Rusiya arasında türk lirəsi - rubl cütlüyündə ticarət davam edir. Bunun üçün imkanlar var, aktualdır. Bu, Emlak Kat l m bankıdır. İndi orada komissiyanın həcmindən başqa heç bir çətinlik yoxdur.
Əgər tərəflər bunu onun vasitəsilə etmək qərarına gəlsələr, həmin bank qaz əməliyyatlarına xidmət göstərə bilər” - mənbə deyib.