Gürcüstan NATO və Aİ-yə üzvlüyün ölkə üçün prioritet olaraq qaldığını bildirib

14:02 - 26 Noyabr 2024 - DÜNYA

Gürcüstanın NATO və Avropa Birliyinə gedən yolu respublika üçün mühüm prioritet olaraq qalır.

Ucnoqta.az xəbər verir ki, bunu yeni hökumətin təsdiqi prosedurları çərçivəsində parlamentdə çıxış edən Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvili deyib.

“Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə uyğun olaraq, Gürcüstan dönməz Avroatlantik inteqrasiya yolunu davam etdirir. Müvafiq olaraq, NATO və Avropa İttifaqı ilə münasibətlər mühüm prioritet olacaq”, - Boçorişvili bildirib.

Xəbər xətti