Qəzza zolağında son 24 saat ərzində hərbi əməliyyatlar nəticəsində azı 24 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Departamentin məlumatına görə, 2023-cü ilin oktyabrından bu yana sektorda münaqişə qurbanlarının ümumi sayı 44 235 nəfərə yüksəlib, 104 638 fələstinli tibbi yardıma müraciət edib.