Ərdoğan və Rutte NATO, Ukrayna və Yaxın Şərqi müzakirə edəcəklər

16:17 - 25 Noyabr 2024 - DÜNYA

NATO-nun baş katibi Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini və onunla NATO, Ukrayna və Yaxın Şərqin üzləşdiyi problemləri müzakirə etməyi planlaşdırdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rutte “Anadolu” agentliyinə deyib.

“Mən terror təhlükəsi, Ukraynadakı müharibə və Yaxın Şərqdəki böhran da daxil olmaqla, kollektiv təhlükəsizliyimizə qarşı artan çağırışları müzakirə etmək üçün prezident Ərdoğanla görüşməyi səbirsizliklə gözləyirəm” - Baş katib bildirib.

O qeyd edib ki, qlobal gözlənilməzliyin artması kontekstində Türkiyə alyansın işlərinə əvəzsiz töhfə verir və cənub cinahında çəkindirməni gücləndirir. 

Xəbər xətti