Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etməyə hazır olduğunu dəfələrlə təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının bu il Ukraynadakı münaqişənin həlli üçün hazırkı Amerika administrasiyası ilə işləmək niyyətində olması barədə məlumatı belə şərh edib.
“Bilirsiniz ki, prezident sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib”, - Peskov bildirib.