5 ton narkotik daşıyan gəmi ələ keçirilib

11:38 - 25 Noyabr 2024 - DÜNYA

Hindistan Sahil Mühafizəsi (ICG) gəmiləri Andaman dənizində donanma ilə birgə əməliyyat keçirərək, təxminən 5 ton narkotik daşıyan gəmini ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Hindustan Times" Hindistan Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

Narkotik gəmisinin ələ keçirilməsi "Sagar Manthar" kod adlı ərazi sularında narkotik qaçaqmalçılığının qarşısını almaq üçün ICG və Hərbi Dəniz Qüvvələri tərəfindən kəşfiyyatın başçılıq etdiyi birgə əməliyyat zamanı baş verib.

Qeyd olunur ki, hHindistan Sahil Mühafizəsi Andaman dənizinin sularında balıqçı gəmisindən təxminən beş ton ağırlığında narkotik yükü ələ keçirib. Bu, ola bilsin ki, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən indiyə qədər ələ keçirilən ən böyük narkotik daşınmasıdır.

Xəbər xətti