Tbilisinin mərkəzində Gürcüstan parlamentinə seçkilərin nəticələri ilə razılaşmayan müxalifət tərəfdarları respublika parlamentinə doğru yürüşə başlayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bannerlər və Gürcüstan bayraqları ilə nümayişçilərin izdihamı yol boyu gedir. Bəzi etirazçıların əllərində Ukrayna, Avropa İttifaqı və NATO bayraqları var.