"Hizbullah" İsrailin hərbi dəniz bazasına hücum edib

14:54 - 24 Noyabr 2024 - DÜNYA

"Hizbullah" İsrailin cənubundakı Aşdod liman şəhərindəki dəniz bazasına ilk zərbəni endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun Telegram kanalında yerləşdirilmiş açıqlamasında deyilir.

Bildirlir ki, müqavimət qüvvələri bu səhər Livan-Fələstin sərhədindən 150 km aralıda yerləşən Aşdod hərbi dəniz bazasına ilk pilotsuz təyyarə zərbəsini endiriblər.
 Açıqlamada dronların hədəflərini dəqiq vurduğu iddia edilib.

Bundan əlavə, "Hizbullah" raket zərbəsinin Təl-Əviv şəhərindəki hərbi obyektə endirildiyini bildirib.

Xəbər xətti