"Mənə bir də bu barədə sual verməyin" - Qurban Qurbanov əsəbiləşdi

21:43 - 23 Noyabr 2024 - İDMAN

"Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq".

Ucnoqta.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan milli komandasının məğlubiyyətləri və yenidən baş məşçi sükanı arxasına keçə biləcəyi ilə bağlı iddialara cavab verib.

Qurban Qurbanov “Səbail”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib:

“Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim “Qarabağ”dadır”.

Qurbanov “Bəs, Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?” sualına isə belə cavb verib:

“Cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır”.

Xəbər xətti