İsrailin Beyrutun mərkəzinə zərbəsinin hədəfi "Hizbullah" rəhbəri olub

09:55 - 23 Noyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İranyönlü "Hizbullah" təşkilatının xarici təhlükəsizlik xidmətinin rəhbəri Təllal Hamini öldürmək məqsədi ilə Livan paytaxtının mərkəzi hissəsinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Telekanal təhlükəsizlik zabitinin hava hücumu zamanı həlak olub-olmadığını və ya sağ qalıb-qalmadığını açıqlamayıb.

 

Al Hadath-ın məlumatına görə, vurulan Əl-Bosta əl-Favqa bölgəsində 8 mərtəbəli bina tamamilə dağılıb, daha beş qonşu binaya ziyan dəyib.

Xəbər xətti