Paşinyan Xudatyanı ərazi idarəetmə naziri vəzifəsinə təyin edəcək

00:00 - 23 Noyabr 2024 - DÜNYA

Armavir vilayətinin hazırkı qubernatoru David Xudatyan Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin yeni rəhbəri olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan məlumat verib.

“Hörmətli həmvətənlər, hazırda Armavir qubernatoru vəzifəsini tutan David Xudatyan ərazi idarəetmə və infrastruktur naziri təyin olunacaq”, - o, öz Facebook səhifəsində yazıb.

Xəbər xətti