Rusiya kimi bir ölkə Qərbin sanksiyaları ilə tamamilə bloklana bilməz, ona görə də Moskva ABŞ-ın “Qazprombank”a məhdudiyyətlərindən sonra xaricdən alıcılar tərəfindən qaz ödənişləri ilə bağlı vəziyyəti həll etmək variantları tapacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Əlbəttə ki, Rusiya kimi bir ölkəyə qarşı tam bloklama variantları tapılacaq. Bir az vaxt ala bilər, amma həlli tapılacaq”, - Kreml nümayəndəsi bildirib.
Prezidentin mətbuat katibi qərbli alıcıların qazın haqqını dəqiq necə ödəyəcəklərini açıqlamayıb.