Mütəxəssislər bildiriblər ki, 2025-ci ildə İndoneziyanın Bali adasına və dünyanın digər 14 istiqamətinə səyahət etməyə dəyməz.
Ucnoqta.az xəbər verir ki, gələn il səyahət etmək üçün ən pis yerlər səyahət bələdçisi Fodor's tərəfindən seçilib.
Belə ki, ekspertlərin fikrincə, siyahıdakı yerlər overturizmdən əziyyət çəkir və ciddi problemlərlə üzləşir.
İstirahətçi axınının çox olması səbəbindən bu rayonların küçələri insanla sıxlaşır və oradakı mənzillərin qiyməti bahalaşır.
Bundan əlavə, səyahətçilər məşhur istiqamətlərin ətraf mühitinə zərər verirlər. Məsələn, Balidə əcnəbilərə görə “plastik apokalipsis” elan etdilər.
Tədqiqatda deyilir: “İndi İndoneziya adasının bir vaxtlar təmiz çimərlikləri zibil qalaqları altında basdırılıb”.
Fodorun siyahısına bəzi Avropa istiqamətləri də daxildir - Barselona, Mayorka, Kanar adaları, Venesiya, Lissabon, Koh Samui adası, Everest dağı, Siciliya, Britaniyanın Virgin adaları, Hindistanın Kerala əyaləti, Kyoto, Tokio, Oaxaka və Şotlandiyanın şimal sahilləri də overturizmdən əziyyət çəkir.