İşsizlik məsələsi heç vaxt bitməyəcək - Nazir

14:39 - 21 Noyabr 2024 - Cəmiyyət

Məşğulluq məsələsi heç vaxt bitməyəcək. Dünyanın ən böyük ölkələrində də işsizlik var.

Ucnoqta.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında açıqlayıb.

Nazir bildirib ki, Azərbaycanda rəsmi işsizlik 5 faizin üzərindədir. Məşğulluğun tam şəkildə həll olunacağı məsələsi yoxdur. Məşğulluqla bağlı addımlar atılacaq. Bizim ana problemimiz ixtisaslı işçi problemidir”.

Xəbər xətti