Putin müharibəni bitirmək üçün Trampla danışıqlara hazırdır, lakin ... - Reuters

11:38 - 20 Noyabr 2024 - DÜNYA

Putin müharibəni bitirmək üçün Trampla danışıqlara hazırdır, lakin ərazi güzəştinə getməyəcək

Ucnoqta.az xəbər verir ki, bu barədə "Reuters"-in məqaləsində deyilir.

Agentlik bildirir ki, Rusiya prezidenti atəşkəslə bağlı müzakirələrə açıqdır, lakin böyük ərazi güzəştlərinin mümkünlüyü istisna edilib.
Bundan əlavə, o, təkid edir ki, Ukrayna NATO-ya qoşulmasın və silahlı qüvvələrinin sayını məhdudlaşdırsın, həmçinin rus dilinin istifadəsini məhdudlaşdırmasın.

Materialda deyilir ki, Ukraynanın dörd regionunun - Donetsk, Luqansk, Zaporojye və Xersonun “bölünməsi” ilə bağlı danışıqlar aparmaq imkanı var və Rusiya Federasiyası Xarkov və Nikolayev vilayətlərindən geri çəkilməyə hazır ola bilər.
Eyni zamanda, Krımın gələcəyi müzakirə olunmur.

Xəbər xətti