İsrail Hərbi Hava Qüvvələri Livandan atılan 6 pilotsuz uçuş aparatının qarşısını aldığını bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ynet xəbər portalı İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Hərbi Hava Qüvvələri Livandan atılan 5 pilotsuz təyyarənisərhədini keçməzdən əvvəl vurub, digərini isə Qərbi Qaliley ərazisi üzərində ələ keçirib.