Litva Dünya Bankı vasitəsilə Ukraynada infrastrukturun bərpası layihələrinin maliyyələşdirilməsinə 10 milyon avro ayıracaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baltik Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Dünya Bankının öz ixtisaslaşdırılmış fondları vasitəsilə Ukraynanın həyati vacib infrastrukturunun bərpasına, ictimai xidmətlərin göstərilməsinin təmin edilməsinə, təhsil, səhiyyə və mənzil-tikinti sektorlarının dəstəklənməsinə səmərəli yardım göstərməyə imkan verdiyini nəzərə alaraq, bu məqsədlər üçün 10 milyon avro əlavə töhfə ayrılır.
Qeyd olunur ki, hüquqi prosedurlar başa çatdıqdan sonra vəsait yaxın günlərdə köçürüləcək. Bu, Litvanın ikinci belə töhfəsidir. 5 milyon avro məbləğində birinci 2022-ci ilin sonunda edilib.