2023-cü ilin oktyabrından Qəzza zolağında davam edən hərbi əməliyyatlar nəticəsində azı 17 492 uşaq həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin hökumətinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.
Məlumata görə, ölənlərin 211-i yeni doğulmuş, 825-i isə 1 yaşa qədər uşaqdır. Ən azı 35 060 azyaşlı valideynlərindən birini və ya hər ikisini itirib, 3500-ə yaxını isə xroniki qida çatışmazlığından əziyyət çəkir.