HƏMAS-ın Dohadakı ofisi bağlanmayıb

14:36 - 19 Noyabr 2024 - DÜNYA

Qətər Xarici İşlər Nazirliyi HƏMAS-ın Dohadakı ofisinin bağlanmadığını bildirib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, HƏMAS liderləri hazırda Dohada deyillər:

"Lakin hərəkatın ofisi bağlı deyil" - o, əlavə edib.

Qeyd edək ki, daha əvvəl HƏMAS-ın ofisinin Türkiyəyə köçdüyü barədə məlumat yayılsa da sonradan təkzib olunmuşdu.

Xəbər xətti