Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze hesab edir ki, ölkə prezidenti Salome Zurabişvili xarici qüvvələrin agentidir və onların göstərişi ilə hərəkət edir.
Ucnoqta.az xəbər verir ki, Kaladze bu abrədə jurnalistlərə bildirib.
“O, təsir altında olan bir adamdır və onun patronları var və ona nə əmr edirlərsə, onu yerinə yetirəcək. Agent olanda başqa seçimin yoxdur - sənə deyilənləri edirsən. Sizin sual verməyə belə haqqınız yoxdur”, - Kaladze jurnalistlərə deyib.