Aİ Ukraynaya 1 milyon ədəd sursat vermək vədini yerinə yetirib

00:00 - 19 Noyabr 2024 - DÜNYA

Avropa İttifaqı (Aİ) Ukraynaya 1 milyon ədəd sursat vermək vədini 8 ay gec yerinə yetirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə noyabrın 18-də Aİ-nin diplomatik xidmətinin istefada olan rəhbəri Cosep Borrell bildirib.

“Avropa İttifaqı Ukraynaya görünməmiş miqdarda hərbi yardım göstərib. Bu günə qədər 45 milyard avro dəyərində silahlar vermişik. Biz həm də Ukraynaya 1 milyon döyüş sursatı verməklə bağlı vədimizi yenicə yerinə yetirdik və qışın sonuna qədər 75 min ukraynalı əsgərə təlim keçəcəyik.
Aİ və onun üzv ölkələri Ukraynanın əsas dəstəkçiləridir və bizim yardımımız artır”, - Borrell bildirib.

Bununla belə, o qeyd edib ki, Kiyevə göstərilən yardım döyüş meydanında vəziyyətin Ukrayna Silahlı Qüvvələrinin tərəfində olmasını təmin etmək üçün kifayət deyil. O, həmçinin daha çox yardıma çağırıb.

“Ukraynaya təcili olaraq daha çox hava hücumundan müdafiə, daha çox döyüş sursatı və daha çox uzaq mənzilli silah lazımdır. Və Rusiya ərazisinin dərinliklərində hərbi hədəflərə zərbə endirmək üçün icazə lazımdır. Bununla bağlı ABŞ-dan gələn son xəbərlər çox ümidvericidir”, - deyə Borrell yekunlaşdırıb.

Xəbər xətti