Gəncədə əvvəl həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxunub

19:33 - 18 Noyabr 2024 - Cəmiyyət

Gəncə şəhərində həyat yoldaşını öldürməyə cəhd edən Ramil İmanovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 14 il 6 ay müddətində azadlıqdan məhrm edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Gəncə şəhərinin Məhsəti qəsəbəsində baş verib. 1989-cu il təvəllüdlü Ramil İmanov aralarında yaranmış mübahisə nəticəsində həyat yoldaşı 1988-ci il təvəllüdlü Şəhla Bayramovaya çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürməyə cəhd edib. Bundan sonra R.İmanov özünə də xəsarət yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər xətti