Astarada çayda batan 74 yaşlı kişinin meyiti tapıldı

14:41 - 18 Noyabr 2024 - ÖLKƏ İÇİ

Astarada çayda meyit tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu gün səhər saatlarında Pensər kəndi ərazisindən keçən çayda kişi meyiti aşkarlanıb. Meyiti tapılan şəxsin bu ayın 14-dən itkin düşən və axtarışları aparılan 1950-ci il təvəllüdlü Allahbağış Əliyarov olduğu məlum olub.

O, balıqçı olub, noyabrın 14-də Pensər çayından balıq tutan zaman ayağı sürüşüb və suya düşüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti