Sabahdan bu marşrut fəaliyyətə başlayacaq

11:47 - 18 Noyabr 2024 - AVTO

Sabahdan Bakıda E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Ucnoqta.az-a Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.

Marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək, gediş haqqı isə 0.50 AZN müəyyən edilib.

Xəbər xətti