Paşinyan Ermənistandakı istefaları təsdiqlədi

11:02 - 18 Noyabr 2024 - DÜNYA

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan istefa verməsini xahiş etməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, baş nazir bu barədə öz Facebook səhifəsində yazıb.

“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq nəzərinizə çatdırmağı zəruri hesab edirəm ki, mən bir sıra yüksək vəzifəli məmurların tutduqları vəzifələrdən getməsini xahiş etmişəm.
Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır ki, bu barədə ictimaiyyətə danışdım”, - Paşinyan qeyd edib.
O, həmçinin əlavə edib ki, adları çəkilən həmkarlarının dövlətçiliyin inkişafında xidmətlərini inkar edə bilməz və hər kəsə verdiyi töhfəyə və bu xahişi başa düşdüyünə görə təşəkkür edib.

Xəbər xətti