ABŞ-ın nüvə sualtı qayığı Cənubi Koreya limanına daxil olub

08:46 - 18 Noyabr 2024 - DÜNYA

ABŞ-nın nüvə enerjisi ilə işləyən sualtı gəmisi "USS Columbia" təchizatı artırmaq və ekipajı dincəlmək üçün Busan limanına daxil olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Los-Anceles sinfinə aid sualtı qayıq bazar ertəsi Pusana gəlib. Cənubi Koreya tərəfi amerikalı ekipajla qaldıqları müddətdə onlarla dostluq mübadiləsi aparmağı planlaşdırır.

Xəbər xətti