ABŞ-ın Prinston Universitetinin alimləri ilk ölməz milçəyi yaradıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə təhsil ocağının saytında bildirilir.
“Drosophila” beyninin tam rəqəmsal təsviri codex.flywire.ai saytında mövcuddur.
Bu, nəinki öyrənilə, həm də çoxalda bilən mürəkkəb orqanizmin ilk rəqəmsallaşdırılmış beynidir. Qeyd olunur ki, 14 GB məlumat yeni nəsil süni intellektin yaradılmasına kömək edə bilər.
Layihə 2016-cı ildə başlayıb. İllərlə cəhdlərdən sonra elm adamları bir irəliləyiş əldə etdilər: beynində 139 500 neyron və 54,5 milyon sinaps olan yetkin meyvə milçəyinin (Drosophila melanogaster) konnektomunun deşifrəsini başa çatdırdılar.
Bu, beynəlxalq komanda, xüsusi texnika və illərin əməyi sayəsində mümkün olub.
Drosophila beynində irəli, geriyə və kəskin dönüşlərə cavabdeh olan neyronlar, həmçinin tamamilə dayanmaq üçün bir neyron var.