ABŞ Müdafiə Nazirliyi Amerikanın uzaqmənzilli silahlarının Rusiya ərazisinə zərbə endirmək üçün istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məlumatı şərh etməkdən imtina edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS müxbirinə Pentaqonun nümayəndəsi məlumat verib.
"Hazırda şərh verməkdən imtina edirik".
Həmçinin Böyük Britaniyanın baş naziri Keir Starmerin ofisi ABŞ-ın Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verməsi ilə bağlı mediada yayılan xəbərləri şərh etməkdən imtina edib. Bu barədə GB News telekanalı məlumat yayıb.