Bayden ABŞ-ın uzaqmənzilli silahlarının Rusiya ərazisinə zərbə endirməsinə icazə verib
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Amerikanın uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verdi.
Qəzetin ABŞ prezident administrasiyasından olan mənbəyinin sözlərinə görə, bu, Rusiyanın Kursk bölgəsində Şimali Koreya qoşunlarını yerləşdirməsinə cavab olub.