Azərbaycanın U-19 millisi də darmadağın oldu

11:27 - 17 Noyabr 2024 - İDMAN

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində yer aldığı VII qrupda İrlandiyaya uduzub.

Ucnoqta.az xəbər verir ki, Moldovanın paytaxtı Kişinyovdakı "Zimbru-2" stadionunda baş tutan oyun rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Elxan Abdullayevin baş məşqçisi olduğu komanda ilk görüşdə İslandiyaya da eyni hesabla məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Moldova yığmasına qarşı keçirəcək.///matc.az

Xəbər xətti