İstanbulun Anadolu Yaxasındakı Üsküdar-Samandıra Metro Xəttində sürücüsüz metro 5 dayanacaqdan yan keçib. Təşvişə düşən sərnişinlər “Təcili Yardım düyməsini” basaraq metronun hərəkətini dayandıra biliblər. Altınşehir dayanacağına yaxın dayanan metrodan düşən sərnişinlər relslərin üzərində addımlayıblar.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki. səhər saatlarında Üsküdar-Samandıra metrosunda baş verən hadisədə Bulgurlu dayanacağında sərnişinləri düşürdüyü iddia edilən sürücüsüz metro, Ümraniye-Çarşı-Yamanevler-Çakmak və İhlamurkuyu dayanacaqlarında dayanmadan yoluna davam edib.
Təşvişə düşən sərnişinlər “Təcili Yardım düyməsini” basdıqdan sonra metro bir müddət yoluna davam edib, daha sonra Altınşehir dayanacağı yaxınlığında dayanıb.
Bəzi sərnişinlər metrodan düşüb stansiyaya piyada gediblər. Həmin anlar vətəndaşlar tərəfindən mobil telefon kameralarına düşüb.