Noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüzdən bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 5-10° isti olacaq.