Lüksemburqdakı Avropa Məhkəməsi Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen və Pfizer şirkətinin baş direktoru Albert Bourla arasında pandemiya zamanı Aİ ölkələri üçün koronavirusa qarşı vaksinlərin alınması ilə bağlı telefon yazışmaları ilə bağlı dinləmələrə başlayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə tribunalın saytında bildirilir.
Məhkəmə sənədlərində izah edildiyi kimi, iş AK rəhbərinin Pfizer şirkətinin baş direktoru ilə yazışmaları barədə məlumat tələb edən, lakin rədd cavabı alan Amerika nəşri The New York Times-ın şikayətinə aiddir.
Avropa Komissiyası iddia etdi ki, telefon yazışmaları qorunmalı olan sənəd deyil, ona görə də onu tapmaq mümkün deyil.
Məhkəmənin bu işə yalnız bir neçə aydan sonra qərar verəcəyi gözlənilir.