Fransada partiya liderinin həbsi tələb olunur

23:18 - 13 Noyabr 2024 - DÜNYA

 Paris prokurorluğu "Milli birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məumata görə, prokurorluq belə bir tələblə Le Pen və onun tərəfdaşlarına qarşı Avropa Parlamentində qondarma deputat köməkçiləri işə götürmək ittihamı ilə bağlı çıxış edib.

Daha əvvəl 2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirən Le Peni də 300 min avro cərimə gözləyir.

Xəbər xətti